Lənkəranda müəllim quyuya düşərək dünyasını dəyişib. 61 yaşlı qadın ehtiyatsızlıqdan həyatını itirib.

  • SpaceTV
  • 25 Aprel 2020 15:22

Şəhər sakini Mirzadə Əsgərovanın cansız bədəni yaşadığı evin həyətindəki 4 metr dərinliyində olan su quyusundan tapılıb. Qadının meyitini ilk olaraq bacısı aşkar edib. O, quyunun kənarından bacısına məxsus ayaqqabını tapıb, sonra quyuya baxanda meyiti görüb.

Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qeyd edək ki, M.Əsgərova Lənkəran şəhər 2 saylı tam orta məktəbdə 40 ildən çox bədən tərbiyəsi müəllimi işləyib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun