Lənkəranda mağaza, təmir sexi, çay evləri və digər obyektlərdən oğuluq edən şəxslər saxlanılıb.

  • SpaceTV
  • 18 Aprel 2020 14:35

Nail İsmayılov yaşadığı Kərgəlan kəndində ona məxsus mağzadan ümumilikdə 1032 manat dəyərində pul, kameraların yaddaş kartı, danışıq kartları və müxtəlif növ ətirlərin oğurlandığını bildirib. Lənkəran polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayonun Kərgəlan kənd sakini Rahim İbadov olduğu aydınlaşıb. Eyni zamanda saxlanılan R.İbadovun yaşadığı kəndin ərazi icra nümayəndəliyinin inzibati binasından, bir çayxanadan və bir qeyri-yaşayış sahəsindən, həmçinin Talışlı kəndində yerləşən avtomobil təmiri sexindən ümumilikdə dəyəri 3410 manat olan notebook, printer aparatı, internet modemi, nəzarət kameraları, yaddaş bloku və digər avadanlıqlar oğurladığı da məlum olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində və Aşağı Nüvədi qəsəbəsindəki çay evlərindən ümumilikdə dəyəri  2470 manat olan televizor, rəqəmsal aparat və samovar oğurlayan rayon sakini Qəhrəman Həsənov saxlanılıb. Hər iki şəxsdən oğurladığı əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı araşdırma aparılır. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun