Lənkəranda könüllü şəkildə orduya getmək istəyənlərin sayı gündən günə artır

  • Space TV
  • 27 İyul 2020 16:26

Daim mübarizə əzmində olan Azərbaycan gəncliyinin böyük əksəriyyəti Qarabağın azadlığı üçün döyüşməyə və yeri gəlsə, canını fəda etməyə hazır vəziyyətdədir.  Bunu Ali Baş Komandanın “kim istəyir könüllü olaraq ehtiyata yazıla bilər” çıxışından sonra gənclərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə axını bir daha təsdiqlədi. Lənkəranda da yüksək döyüş əhval-ruhiyyəsi var. Bier neçə gündür ki, gənclər Azərbaycan Ordusu sıralarına könüllü olaraq ehtiyata yazılmağa başlayıblar.

Yenicə hərbi xidmətini başa vurmuş Nurlan Azadov ehtiyac yaranarsa, döyüşə hazır olduğunu deyir.

Ehtiyata yazılmaq istəyən gənclər ordumuza inandıqlarını, bununla belə, yüksək döyüş əhval-ruhiyyəsində olduqlarını və işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsində şəxsən iştirak etmək istədiklərini bildiriblər. 

Rövşən Almasoğlu space tv

Paylaş

 Xəbəriniz olsun