Lənkəranda karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələnib.

  • SpaceTV
  • 22 Aprel 2020 13:51

Lənkəran polisi tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Bürcəli kəndində yerləşən “Xanbulan” kafesinin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Obyektə baxış zamanı orada olan kafenin sahibi Həsən Salayev və Lənkəran sakini olan 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun