Lənkəranda iki minik maşını toqquşub xəsarət alan var

  • SpaceTV
  • 9 May 2020 16:06

Qəza şəhərin “Şəhidlər Xiyabanı” küçəsində baş verib. Şəhər sakini Şəhriyar İmanlının idarə etdiyi “Toyota” markalı avtomobillə Liman şəhər sakini, Zahid Kazımovun sürücüsü olduğu “VAZ 2103” markalı avtomobil toqquşub. Hadisə yerinə gələn FHN Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 7 nəfərlik canlı qüvvəsi xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış “VAZ 2103” markalı avtomobildən Zahid Kazımovu çıxararaq onu təcili tibbi yardım briqadasına təhvil veriblər. Yaralı sürücü travmatik şok vəziyyətində sol bud və sağ baldır sümüyünün sınıqları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almasolu SPACE TV

Paylaş

 Xəbəriniz olsun