Lənkəranda dördotaqlı ev yandı

  • SpaceTV
  • 7 Dekabr 2019 10:24

Lənkəran şəhərinin Səpnəkəran kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli dördotaqlı evdə yanğın baş verib.

SPACE TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, evin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Paylaş

 Xəbəriniz olsun