Lənkəranda bayram yarmarkası keçirilib

  • Space TV
  • 30 Dekabr 2019 16:49

Bayram ərəfəsində Velədi kəndindəki sitrus bazarında kənd təsərrüfatı və yeyinti məhsullarının satış yarmarkası təşkil olunub. Ekoloji cəhətdən təmiz məhsulların bazar qiymətindən 15-30 faiz arası aşağı qiymətlərlə təklif olunması alıcıların ürəyindən xəbər verib.

Yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, meyvələr, şirələr və gündəlik ərzaq malları satışa çıxarılıb ki, yarmarkada səliqə-səhmana riayət olunub. Satıcılara və alıcılara əlverişli şərait yaradılıb.

Bayram yarmarkasının əsas məqsədi bayramqabağı bazarlarda süni qiymət artımının qarşısını almaq  və əhalinin çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəməkdir.

Qeyd edək ki, bu cür bayram yarmarkaları Lənkəranda artıq ənənə halını alıb.

Rövşən Almazoğlu Space Lənkəran

Paylaş

 Xəbəriniz olsun