Lənkəranda avtomobil qəzası baş verib

  • SpaceTV
  • 17 Yanvar 2020 17:23

Axşam saatlarında Separadi kəndində qəza baş verib. Masallı rayonunun Türkoba kənd sakini 27 yaşlı Elton Qafarov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Maşın yol kənarından keçən qaz xəttinə, sonra isə ağaca çırpılıb. Maşının sağ qabaq hissəsi – sərnişin tərəfi daha çox deformasiyaya uğradıgından sürücünün yanında əyləşən həmkəndlisi və həmyaşıdı Cavid İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlıqların köməyilə maşında sıxılmış vəziyyətdə qalan yaralını çıxara bilib. Cavid İsayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Qəza nəticəsində qaz xəttinə dəymiş ziyana görə, yaxınlıqdakı 20-ə yaxın ev qazsız qalıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş vermiş hadisə səbəbindən Lənkəran-Boradigah yolunda avtomobillərin hərəkəti bir saata qədər məhdudlaşıb.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun