Lənkəranda 10 nəfərin yaşadığı iki mərtəbəli yaşayış evi yanıb.

  • SpaceTV
  • 14 Fevral 2020 16:31

Hadisə Mirzə Fətəli Axundov küçəsi 143 saylı evdə baş verib. Belə ki, eyni ünvanda qeydiyyatda olan on nəfərdən ibarət iki ailənin yaşadığı ev yanıb. Hadisə barədə Lənkəran Yanğından Mühafizə hissəsinə 04.30-da məlumat daxil olub. Dərhal 3 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. Ev sakinləri ikinci mərtəbədə yatdıqlarından yanğından gec xəbər tutublar. Alov evin ikinci mərtəbəsinə və damına keçib. Hadisə barədə danışan  ev sahibi Babək Əliyev  ilk olaraq uşaqları yanan evdən çıxardıqlarını və həyat yoldaşı Xuraman Əliyevanın yanıq xəsarətləri aldığını dedi.

Nəticədə yanıq xəsarətləri alan 42 yaşlı Xuraman Əliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Yanıq Şöbəsinə yerləşdirilib. Qeyd edək ki,ümumi sahəsi 120m2 olan iki mərtəbəli yaşayış evinin birinci və ikinci mərtəbələrində hər biri 20 m2 olan iki otaq, döşəmə  və 50 m2 çardaq hissə yanıb. Yaşayış evinin digər otaqları yanğından mühafizə olunub.Yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur. Araşdırma aparılır.   

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun