Lənkəran sakinindən 6 kq-a yaxın narkotik vasitə aşkarlanıb

  • SpaceTV
  • 28 Aprel 2020 14:07

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri keçirilib. Belə ki, daxil olmuş məlumat əsasında narkotiklərin dövriyyəsində şübhəli bilinən Lənkəranın Gərmətük qəsəbəsinin sakini Əli Axundov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 2 kiloqram 800 qram narkotik vasitə heroin, 2 kiloqram 650 qram tiryək və 254 qramdan artıq psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Onun Gərmətük kəndində yerləşən yaşadığı evdən isə bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 19 ədəd patron aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun