Lənkəran qış fəslinə xarakterik olmayan armud ağacı bar verib.

  • SpaceTV
  • 17 Yanvar 2020 16:12

Osaküçə kəndində Əbdülovlar ailəsinin həyətindəki armud ağacı bar verib. İxtisasca aqronom olan Ələkbər Əbdülov deyir ki, normalda yay fəslində bar verən ağac bu dəfə qışda meyvə gətirib. Uzun illər kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis kimi çalışan təsərrüfatçının bağında armud ağacının bar gətirməsinə çox təəccüblənib.

Eyni zamanda bağda digər meyvə ağacların çıçəklənib. Ekoloqlar  isə bu qeyri-adi təbiət hadisəsinin baş vermə səbəbini belə izah edir.

Xatırladaq ki, bir necə gün bundan öncə Masallıda da qeyri-adi təbiət hadisəsi baş vermişdi. Yanvar ayında 2 illik alça ağacı bar gətirmişdi.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun