Lələtəpə neolit yaşayış məskənindəki məzarlıqlar araşdırılır – VİDEO

  • Space TV
  • 31 Avqust 2020 12:02

Füzulidə aparılan arxeoloji qazıntılar zamanı tarixə bu günədək məlum olmayan tapıntılar aşkarlanıb. Space TV-nin məlumatına görə, hazırda tədqiq olunan Lələtəpə neolit yaşayış məskənində neolit məzarlıqları araşdırılır.

Lələtəpə qədim yaşayış məskəni Füzulinin işğal altında olan Horadiz kəndinin ərazisində yerləşir. Təpənin ümumi ərazisi 1 hektar, hündürlüyü isə 6 metrdir. Ötən il aparılan kəşfiyyat xarakterli qazıntılardan sonra yüksəkliyin qədim yaşayış məskəni olduğuna qərar verilib. Hazırda qazıntı işləri cənub-şimal istiqamətində 95 kvadratmetr ərazidə aparılır. Təxminə 2,5 metr neolit dövrünə aid mədəni təbəqə qazılaraq öyrənilib. Burda dairəvi tikililər, böyük platforma tipli tikili, və Qafqaz neoliti dövrünə aid olan məzarlıq aşkarlanıb.

Arxeoloqların sözlərinə görə bü günə kimi  neolit dövrünə aid məzarlıq aşkarlanmayıb. Amma yeni tədqiq olunan abidədə  10-dək uşaq və böyüklərə aid skelet aşkarlanıb. Bundan başqa 400-500 litr həcmi olan böyük küplər və ən maraqlısı 100-ə dək çay daşından hazırlanan sapand daşı aşkarlanıb. Hazırda 2,5 metr səviyyədə mədəni təbəqədə  aşkarlanan 4 tikili təmizlənərək öyrənilib.

Aşkar olunmuş tapıntılar, xüsusilə böyük küplər yerli Füzuli tarix diyarşünaslıq muzeyinə təqdim ediləcək. Arxeoloqlar abidəni aşkarladı, tədqiq etdi və zəngin materiallar ortaya çıxardı. Aşkarlanan tarixi faktlar açıq hava şəraitində qalarsa dağılaraq məhv ola bilər. Bü səbəbdən də abidənin konservasiya işlərinin aparılması mütləqdir.

Emin Babayev, Şamo Adıgözəlov, Space TV

Paylaş

 Xəbəriniz olsun