KXDR ballistik raket buraxıb

  • SpaceTV
  • 24 Avqust 2019 15:16

ABŞ lideri mətbuat nümayəndələrinin Çinə qarşı tariflərin sərtləşdirilməsinə baxmayaraq bu ölkə ilə danışıqlara hazır olub-olmaması barədə sualına “Bəli, mən hər zaman danışıqlara hazıram”,  deyə cavab verib. Bu arada isə  Koreya Xalq Demokratik Respublikası növbəti dəfə ballistik raket buraxıb. Bu isə Cənubi Koreya hakimiyyətini narahatlığına səbəb olub.

Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp Fransaya, G7 sammitində iştirak etmək üçün yola düşməzdən əvvəl jurnalistlərə müsahibə verib və çinlə danışıqlara həmişə hazır olduğunu bildirib.  Daha əvvəl isə ABŞ prezidenti Pekinin Amerikadən idxal edilən avtomobillərə və onların ehtiyat hissələrinə rüsumların artırmasına cavab olaraq Birləşmiş Ştatların Çindən idxal etdiyi mallara rüsumları artırmaq qərarı haqqında bildirib.

 Bunun ardınca isə ABŞ prezidenti Donald Tramp bildirib ki, Kim Çen In raket sınaqları keçirməyi sevir. Məlumata görə, dövlət başçısından soruşublar ki, Kim Çeni In Trampa rəsmi Pxenyanın raketləri işə salması bu həftənin başlanğıcında, birgə ABŞ- Cənubi Koreya təlimləri bitdikdən sonra qurtaracağı barədə vəd verdikdə ABŞ prezidentini aldadıbmı? Sualına tramp  “Yox, mən belə düşünmürəm. O, raket sınaqlarını sevir”, – deyə cavab verib. ABŞ prezidenti iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib. 

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası növbəti dəfə ballistik raket buraxıb.  Və bu Cənubi Koreya hakimiyyətini narahatlığına səbəb olub bu barədə Cənubi Koreya Prezidenti Administrasiyasının xəbərində bildirilir ki, Rəsmi Seul Pxenyanı regionda gərginliyin güclənməsinə gətirib çıxara biləcək hərəkətlər etməməyə çağırıb. “Çon Iy Yonun sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iştirakçıları raketlərin yeni buraxılışından ciddi narahatlığını ifadə edir və Şimali Koreyanı gərginliyin eskalasiyasına aparan hərəkətlərdən çəkinməyə çağırır”, – deyə Cənubi Koreya Prezidenti Administrasiyasının xəbərində bildirilir. İdarənin məlumatına əsasən, Cənubi Koreya ABŞ-la birlikdə Koreya Xalq Demokratik Respublikasının raketləri haqqında məlumatları yığmaqda davam edəcək. Seul həmçinin Şimali Koreyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqları da davam etdirməyə çağırıb. Daha əvvəl Yaponiya hökuməti Şimali Koreyanın ballistik raketləri növbəti dəfə buraxması haqqında bildirib.

Paylaş

 Xəbəriniz olsun