Küt alətlərlə döyüldülər…

  • SpaceTV
  • 25 Sentyabr 2019 16:11

İki əmioğlu maşınla getdikləri yerdə önləri kəsilərək döyüldülər.

 Küt alətlərlə ağır xəsarət alan zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Kürdəmirdə döyülmə və ağır yaralanma faktı qeydə alınıb. Rayonun Çöl-Qubalı kənd sakinləri – 1990-cı il təvəllüdlü Hüseynov Mübariz Ramiz oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Elxan İlham oğlu “Qazel” markalı avtomaşınla kənd ərazisində hərəkətdə olarkən onların qarşısı kəsilib. Aralarında yaşanan insident nəricəsində əlbəyaxa dava düşüb. Elxan və Ramiz Hüseynovlar küt alətlərlə ağır bədən xəsarətləri alıb.

Zərərçəkənlərin bildirdiyinə görə, onların qarşısını kəsənlər həmkəndliləri olan İntizam, Elşən, Sahil və Elbrus Həsənovlar olub və məsələ qısqanclıq zəminində baş verib. Kənd camaatının köməyi ilə xəsarət alanlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində Ramiz Hüseynova məxsus yük avtomobilinə də xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Vahid  Fəxri,  Kürdəmir

Paylaş

 Xəbəriniz olsun