“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldü

  • SpaceTV
  • 1 Aprel 2020 11:32

Türkiyədə koronavirusa (COVID-19) yoluxmuş aktyor Turxan Qaya vəfat edib.

SPACE TV  yerli metbuata istinadən xəbər verir ki, 69 yaşlı sənətçi 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı onun virusa yoluxduğu müəyyənləşib. Dərhal karantinə alınan aktyor bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, indiyədək müxtəlif filmlərdə oynayan T. Qaya ən son “Kurtlar vadisi” serialında “Ordinarus” obrazını canlandırmışdı.

Paylaş

 Xəbəriniz olsun