Kurslar 3 gün davam edəcək

  • SpaceTV
  • 16 Oktyabr 2019 15:45

70 saylı Masallı şəhər  və  71 saylı Masallı kənd seçki dairəsində keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara dairə seçki komissiyalarınıın 18  üzvü və 85  məntəqə seçki komissiyasının sədrləri cəlb edilib. Peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyan kurslarda səsvermə zamanı onların üzərinə düşəcək vəzifələrin icrası üçün təlimatlar verilib.  Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqat, bildirişlərin seçicilərə çatdırılması, icra və bələdiyyə qurumlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması, həmçinin seçki hüququ və onun təminatının qanunvericilik əsasları, məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri barədə seminar iştirakçıları ətraflı məlumatlandırılıb. Məlumat üçün deyək ki, 70 saylı Masallı şəhər seçki dairəsində 39 min 844 seçici qeydiyyatdadır. 71 saylı Masallı kənd seçki dairəsində gəlincə isə..

Kurslar zamanı “Seçici siyahıları ilə iş qaydası” mövzusunda seminar-məşğələ keçirilib, məntəqə seçki komissiyaları sədrlərinin müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırılıb.  Qeyd edək ki, genişmiqyaslı maarifləndirmə layihəsi olan seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 3 gün davam edəcək və oktyabrın 17-də başa çatacaq.  

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun