Ağsu-Kürdəmir-imişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində hadisə qeydə alınıb. Sürücü, 30 yaşlı Kürdəmir rayon Pirli kənd sakini Məhərrəmov Anar Ağələsgər oğlu BMV markalı avtomaşınla İmişli istiqamıtində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif növ ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Vahid Fəxri SPACE TV