Kürdəmirdə yol nəqliyyat hadisəsi

  • SpaceTV
  • 5 Avqust 2019 13:34

SPACE.TV-məlumat verir ki, Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Ağsu-İmişli-Kürdəmir yolunun 25-ci kilometrliyində, rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. 2 avtomaşınn  toqquşması nəticəsində  sürücü, Kürdəmir rayon Qarasaqqal kənd sakini Rəsulov Lazım Mövlam oğlu, hadisə yerində dünyasını dəyişib.

 Hadisədə xəsarət alanlar Kürdəmir sakinləri və digər maşının  sürücüsü 25 yaşlı Qədirov Niyaməddin Rafael oğlu və 46 yaşlı İmanov Əfqan Ədalət oğludur. Hər iki xəstə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

                                                                            Vahid Fəxri

Paylaş

 Xəbəriniz olsun