Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

  • Space TV
  • 6 Yanvar 2020 14:41

Hadisə Ağsu-Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, 53 yaşlı Sumqayıt şəhər sakini Abışov Elxan Tümərxan oğlu “Mersedes” markalı  avtomaşınla Zərdab istiqmətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, aşıb və sürücü yüngül xəsarət alıb. Hadisəyə səbəb kimi sürücünün sükan arxasında yatması göstərilir. Faktla bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun