Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib

  • SpaceTV
  • 2 İyul 2020 14:47

Qəza Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində törənib. Rayon sakini, 28 yaşlı Şamilov Qismət Sarıbala oğlu “VAZ – 21 012” markalı avtomaşınla rayon istiqamətində  hərəkətdə olub. Bu zaman o, əks istiqamətdə hərəkət edən 23 yaşlı rayon sakini Səlimov Niyaməddin Şahid oğlunun idarə etdiyi qoşqulu traktorla toqquşub.

Nəticədə hər iki maşın yoldan çıxaraq aşıb. “VAZ”-ın sürücüsü və sərnişini – 25 yaşlı Şamilov Kahin Zəhram oğlu müxtəlif növ bədən xəsarəti aldığından təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

                                                                    VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun