Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib

  • SpaceTV
  • 1 İyun 2020 14:37

Rayonun Muğanlı kənd sakini, 22 yaşlı Əsədov Saleh Gündüz oğlu kənd ərazisində velosipedlə hərəkətdə olarkən onu “VAZ -2106” markalı avtomaşın vurub. Maşının sürücüsü, rayonun Böyük Kəngərli kənd sakini, 33 yaşlı Əliyev Pünhan Vahid oğlu velosipedçini vuraraq hadisə yerindən qaçıb. Yaralı  Saleh Əsədov müxtəlif növ ağır bədən xəsarələrii alıb. O, təcili- tibbi yardım maşınının  köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

“VAZ” -ın sürücüsü Pünhan Əliyev polisin səyi nəticəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Qeyd edək ki, sürücü Pünhan Əliyev velosiped sürən Saleh Əsədovun bacısının həyat yoldaşı olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi  hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

                                                                        VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun