Kürdəmirdə yerləşən spirt zavodu ölkə başçısının təşəbbüsünə qoşularaq ianələr həyata keçirir

  • Space TV
  • 10 Aprel 2020 16:41

Zavod daxili imkanları hesabına ianə prosesini genişləndirib. Bir neçə gün öncə “Koronavirusla Mübarizəyə Dəstək”  fonduna 10 min ədəd 500 milliqramlıq spirt ianə edilib. Növbəti günlərdə isə bu proses daha da geniş miqyası əhatə etməyə başlayıb. Belə ki, rayon mərkəzi xəstəxanasına da yardım nəzərdə tutulub. Xəstələrin və tibb işçilərinin istifadəsi üçün zavod tərəfindən 500 ədəd 500 milliqramlıq qablarda tibbi spirt verilib.      

Rayonda fəaliyyət göstərən psixoliji dispanserə də bağış edilib. Daha sonra rayonda yerləşən qaçqın və məcburi köçkünlərə evlərindəcə eyniölçülü qablarda spirtlər paylanılıb. Şəhər əhalisi də diqqətdən kənarda qalmayıb.  Hər bir ailəyə 500 milliqram həcmində tibbi spirtlər paylanılıb. Proses ən ucqar kəndlərə qədər – bütün rayonu əhatə edir. Növbəti günlərdə zavod tərəfindən aztəminatlı ailələrə ərzaq yardımlarının olacağı da bildirilib. Qeyd edək ki, spirt emalı zavodunun aylıq istehsal gücü 500 tona qədərdir. Burada  5 çeşiddə tibbi spirt istehsal olunur. Xalq olaraq keçirdiyimiz bu çətin dönəmdə belə nəcib addımlar bizlərdə bir ruh yüksəkliyi yaradır. Qlobal bəla olan Koronavirus pandemiyasının öhdəsindən yalnızca bir olmaqla, həmrəyliklə gələ biləcəyik. Biz birlikdə güclüyük!

VAHİD FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun