Kürdəmirdə yeni şəhərcik salınıb

  • Space TV
  • 30 Dekabr 2019 15:50

Layhə Qaçqın və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən hazırlanıb. Layihədə 563 ailə yer alıb. Məhəllə çoxmərtəbəli binalardan ibarətdir və bütün zəruri sosial-texniki infrastruktur baxımından tam təchiz edilib. Şəhərcik rayonun Xırdapay kəndi ərazisində yerləşir və ümumi sahəsi 3 hektar təşkil edir. Qeyd edək ki, tikinti işləri 2019-cu ilin may ayında başlayıb. Baş plana əsasən, kompleksdə hər biri 4 mərtəbəli olmaqla, 17 yaşayış binası, 432 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası və həkim məntəqəsi istifadəyə verilib. Məhəllənin ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb.

Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxana və digər inzibati binalarda məskunlaşan məcburi köçkünlər köçürülməsi nəzərdə tutulub.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun