Rayon sakini Əhmədova Xəyalə Elxan qızı polisə müraciət edərək, naməlum şəxslərin ona məxsus yaşayış evindən 2000 manat dəyərində müxtəlif əşyaların oğurlandığını bildirib.
Müraciətlə bağlı Kürdəmir polisi əməliyyat-axtarış tədbirləri keçirib. Məlum olub ki, oğurluğu törədən 21 yaşlı Kürdəmir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hacıyev Elməddin İsrail oğludur. Elmməddin Hacıyev dərhal şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, törətdiyi oğurluq əməlini etiraf edib, evə pəncərəni sındıraraq daxil olduğunu bildirib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq qrupunda cinayət işi açılıb. Elməddin Hacıyevin başqa oğurluq əməllərində iştirakının olub-olmaması araşdırılır.
VAHİD FƏXRİ SPACE TV