Rayonun Xınıslı kənd sakini Məmmədov Rəfael İnqilab oğlu polis şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ev əşyalarının oğurlandığını bildirib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluq hadisələrini törədən şəxslər Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuş – Babaşov Rövşən Rasim oğlu və Cabbarov İntiqam İftixar oğludur. Hər ikisi saxlanılaraq şübhəli şəxs qismində rayon polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı onlar etdikləri cinayət əməllərini etiraf ediblər. Qeyd edək ki, ümumilikdə Kürdəmir rayon sakini Rəfael Məmmədova 4000 manat məbləğində maddi ziyan dəyib.
Faktla bağlı Azərbaycan Respublikası cinayət məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb istintaq davam etdirilir. Hazırda rayon polis şöbəsində onların digər cinayət əməlini törədib – törətməmələri barəsində araşdırmalar aparılır.
VAHİD FƏXRİ SPACE TV