Kürdəmirdə oğurluq hadisəsi baş verib

  • SpaceTV
  • 20 Aprel 2020 13:42

Rayon sakinləri – Mahmudova Xatirə Əli qızı,Cəlilov Zahid Vahid oğlu, Əliyeva Sevda Mehman qızı, Musayev Aqil Qasım oğlu və Bağırov Seymur Seyidəzim oğlu müxtəlif vaxtlarda Kürdəmir rayon polis şöbəsinə müraciət edib. Bildiriblər ki, onlara məxsus fərdi yaşayış evlərindən və iaşə obyektlərindən qızıl-zinət əşyalarının, təsərrüfat təyinatlı əşyaların, məişət avadanlıqlarının, eləcə də avtomobil ehtiyat hissələri oğurlanıb. Polisin tədbirləri nəticəsində məlum olub ki,  hadisəni törədən şəxslər  Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuş Əliyev Usub Sakit oğlu, Hacıyev Elməddin İsrail oğlu və əvvəllər məhkum olmayan Sultanov Alim İlham oğludur. Hər 3-ü şübhəli şəxs qismində saxlanılaraq  rayon polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı onlar etdikləri cinayət  əməllərini etiraf ediblər. Qeyd edək ki, rayon sakinlərinə ümumilikdə 3500 manat məbləğində maddi ziyan dəyib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, istintaq davam etdirilir. Digər cinayət əməllərində iştirak edib-etmədikləri araşdırılır.

VAHİD FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun