Kürdəmirdə minik maşını alışıb. Sürücü yanaraq dünyasını dəyişib.

  • SpaceTV
  • 27 Aprel 2020 14:27

Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ağdam rayon Xındırıstan kənd sakini, 60 yaşlı Həsənov Vahid Yusif oğlunun idarə etdiyi  “BMW” markalı  90- ED -530 dövlət nömrə nişanlı avtomaşın Bakı istiqamətində hərəkətdə olarkən sürücü  qəfildən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra maşını alov bürüyüb. Nəticədə  sürücü Vahid Həsənov  avtomobildə yanaraq dünyasını dəyişib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət  Yanğından Mühafizə İdarəsinin   texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb.

Meyit avtomobildən çıxarılıb və müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi ekspertizası və pataloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun