Kürdəmirdə kütləvi mal-qara oğurluğu baş verib

  • SpaceTV
  • 9 İyul 2020 14:27

Rayon Qarabucaq kənd sakini, Fərzəliyev Məhərrəm Səfiyar oğlu polis şöbəsinə ərizə ilə müraciət edərək çöl otlaq sahəsindən ona məxsus 12 baş iribuynuzlu heyvanın  oğurlanması ilə bağlı  məlumat verib.  Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxsin Qəbələ rayonunda qeydiyyatda olan və hazırda Kürdəmir rayonu Qarabucaq kəndində  yaşayan Əhmədli İlkin Vəlimət oğlu olduğu müəyyən edilib.

 İlkin Əhmədli şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o etdiyi cinayət əməlini etiraf edib.

Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

                                                                     VAHİD  FƏXRİ,  KÜRDƏMİR

Paylaş

 Xəbəriniz olsun