Kürdəmirdə Kür çayının rayondan keçən hissəsi 16 yaşlı gəncin həyatına son verib.

  • Space TV
  • 23 İyun 2020 16:11

İmişli rayon Telişli kənd sakini, 16 yaşlı Yusifov Aqil Şahverdi oğlu həmyaşıdları ilə Kür çayının Kürdəmirdən keçən hissəsində  çimərkən qəfildən halı pisləşib və boğulub. Ətrafdakı insanlar onu xilas etməyə cəhd göstərsələr də, yeniyetmə elə dostlarının gözləri önündəcə mübarizə məğlub olub. Və çox təəssüflər olsun ki, bu məğlubiyyət ona həyatı bahasına başa gəlib.

Aqil məktəbi yenicə bitiribmiş. Bir neçə gün öncə buraxılış imtahanının cavablarını aldıqdan sonra dostları ilə bərabər çaya çimməyə gediblər. Anası nə qədər çalışsa da, oğlunun saxlaya bilməyib.

Kim bilir, əgər Aqil anasının bu haraylarını qulaqardı etməsə idi, bəlkə də indi sağ idi, ailəsinin yanında idi. Bir söz də var ki, deyirlər: “Qismətdən artıq yemək olmaz”. Bəlkə də Aqilin qisməti elə bu imiş. Qardaşının, dostlarının gözü önündəcə həyat uğrunda amansız mübarizə aparmaq və sonda taqətdən düşərək canını tapşırmaq…

     Hadisə yerinə FHN-nin dalğıc-axtarış qrupu cəlb edilib. Qeyd edək ki, kürdəmirdə boğulan yeniyetmənin meyiti bu gün tapilib və aidiyyəti üzrə təhvil verilib.                                                                                          

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun