Kürdəmirdə iribuynuzlu heyvanlar müxtəlif xəstəliklərə qarşı önləyici üsullarla peyvənd olunub.

  • SpaceTV
  • 9 May 2020 16:08

Kürdəmir rayonu üzrə heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlərə start verilib. Rayon baytarlıq idarəsi Nazirlər Kabineti yanında operativ qərargahın qaydadlarına uyğun olaraq rayonun 62  kəndində 13 baytar məntəqəsində mal-qara arasında peyvəndləmə işini həyata keçirir. Plana uyğun olaraq iribuynuzlu heyvanlarda dabaq, tək dırnaqlı heyvanlar arasında qarayaraya qarşı, sahibli itlərdə quduzluğa, ev quşlarında isə nyukasl xəstəliyinə qarşı peyvəndləmə işləri həyata keçrilir. İlin əvvəlindən bu günə kimi 61000 baş iribuynuzlu, 1000  baş təkdırnaqlı, 5000 baş sahibli itlərdə, 100 baş donuzda vaksinasiya işləri aparılıb. Aprel ayından etibarən  xırdabuynuzlu heyvanlarda  qarayara xəstəliklərinə qarşı, iribuynuzlu heyvanlarda isə dabaq xəstəliyinə qarşı peyvəndləmə işlərinə start verilib.

Ev quşlarında  nyukasl xəstəliyinə qarşı peyvəndləmə işləri də davam etdirilir. İdarə rəisinin sözlərinə görə, rayonun 62 kəndində  rayon  baytarları bununla bağlı vaksinasiya işlərini həyata keçirir və artıq birinci rübün işləri sona çatdırılılıb. İstifadə olunmuş biopereparatların boş qabları və avadanlıqlar xüsusi politelen torbalara yığılaraq RBİ – də saxlanılır. Daha sonra isə komissiya tərəfindən zərərsizləşdirilərək akt tərtib olunur. Belə tədbirlərin rayon baytarlıq idarəsi tərəfindən il boyu davam etdiriləcəyi bildirilib.

                                                                       VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun