Kürdəmirdə ilanlar kənd sakinlərinin kabusuna çevrilib.

  • SpaceTV
  • 18 May 2020 14:38

Rayonun Mürtülü kəndində 10 – a yaxın ailə ilanların hücumuna məruz qalıb. Günün işıqlı vaxtlarında çoxlu sayda ilanın həyətlərdə və evlərdə peyda olması sakinlərə təhlükəli anlar yaşadıb. Kənd camaatının sözlərinə görə, bu vəziyyət artıq neçə ildir ki, davam edir və əsasən yaz – yay aylarında ilanlar kütləvi şəkildə evlərə hücum edir. Nəzərə alsaq ki, bu evlərdə xeyli sayda azyaşlı uşaq yaşayır, vəziyyətin nə qədər ciddi olduğunu dərk etmək heç də çətin deyil. Sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara dəfələrlə məlumat versələr də, bu günə qədər bununla bağlı heç bir tədbir görülməyib. İlanlar gün ərzində bəzi evlərin tavan hissəsindən, bəzi evlərin isə zirzəmisindən evlərə daxil olmağa çalışır. Kənd sakini, 4 uşaq atası Mehman Cəbrayılov deyir ki, bir otaq və bir balkonu olan evdə 8 nəfər ailə üzvü ilə bir yerdə yaşayırıq.  Hər gün həyətdə və evdə 5-6 ilan tutub öldürsək də, onların sayı azalmır. Gün ərzində müxtəlif növ ilanlar evə hücum çəkir, biz isə yalnız uşaqları qorumağa çalışırıq və artıq yorulmuşuq. Digər kənd sakini Rövşən Rəsulov da eyni təhlükə ilə hər gün üz-üzə olduqlarını deyir

Qeyd edək ki, kənddə 10-a yaxın evin sakinləri  hər gün qorxu içində yaşayır və onlar əlaqədar təşkilatlardan kömək gözləyirlər.

  VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun