Kürdəmirdə hamilə qadın güllələnib.

  • Space TV
  • 13 May 2020 11:17

Rayonun Sığırlı kəndində  20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb.Yaralı yaxınlıqdakı insanların köməyi ilə  Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb.Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirər.

Hazırda rayon Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar. Qeyd edək ki,güllə xəsarəti alan Könül Mövlayeva iki aylıq hamilə imiş.  Araşdırmalar nəticəsində məlum olub ki, hamilə qadını qanına qəltan edən şəxs Könül Mövlayevanın öz qaynı Ramoy Qurbam oğlu Mövlayevdir.  Ramo Mövlayev artıq şübhəli şəxs qismində saxlanılıb. Qeyd edək ki,güllə xəsarəti alan Könül Mövlayeva hamilə imiş və bundan başqa onun 10 aylıq körpə uşağı var.Hadisəni törədən Ramoy Mövlayevin 2 ci qrup əlil olduğu və ruhi xəstə olduğu bildirilir.

Vahid Fəxri SPACE TV

Paylaş

 Xəbəriniz olsun