Kürdəmirdə gizlin işləyən kafe aşkarlanıb.

  • Space TV
  • 16 Aprel 2020 15:06

Rayon polisi Mollakənd kəndində karantin rejimini kobud şəkildə pozaraq kafe işlədən 62 yaşlı kənd sakini Hacıyev Xanəhməd İman oğlunu aşkarlayıb. Xanəhməd Hacıyev saxlanılaraq rayon polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı Xanəhməd Hacıyev kafeni bilərəkdən işlətdiyini etiraf edib.

Hazırda rayon polisi gücləndirilmiş iş rejimində  reydlərini davam etdirir.

Vahid Fəxri SPACE TV                                                                              

Paylaş

 Xəbəriniz olsun