Kürdəmirdə “Ford”un vurduğu iribuynuzlu heyvanın ölüsü daha 3 avtomobilin qəza törətməsinə səbəb olub.

  • Space TV
  • 29 Fevral 2020 15:17

Hadisə Bakı-Qazax yolunun 204-cü kilometrliyində, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı mikro-avtobus sürücüsü, 66 yaşlı Dadaşov Gülməmməd Selan oğlu Bakı istiqamətində  hərəkətdə olub.  Bu zaman qarşısına çıxan iribuynuzlu heyvana çırpılıb. Arxadan gələn “Mersedes” markalı avtomaşının sürücüsü, Bərdə rayon sakini, 41 yaşlı Abbasov Namiq Bayram oğlu da yolda ölüb qalmış iribuynuzlu heyvana çırpılıb. Daha sonra digər  “Mersedes” markalı avtomaşının sürücüsü, Bərdə rayon sakini, 38 yaşlı Abdullayev Samir Vaqif oğlu ölü heyvanı görüb, anidən sürətini azaldıb. Arxasınca hərəkətdə olan “Volsfagen” markalı avtomaşın ona çırpılıb. Hər iki avtomobil yoldan çıxaraq, yol kənarındakı dərəyə yuvarlanıb. “Mersedes”də olan sərnişinlər –  Bakı şəhər sakinləri, 37 yaşlı Məhərrəmov Zakir Baxşəli oğlu, 64 yaşlı Rəhimov Qalib Kərim oğlu, Bərdə rayon sakini, 32 yaşlı Novruzova Vüsalə Mehman qızı və “Ford”un sürücüsü, Kürdəmir rayon sakini, 56 yaşlı Dadaşov Gülməmməd Selan oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

Yaralılar təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Faktla bağlı  araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun