Kürdəmirdə ehtiyacı olan yüzlərlə ailəyə ərzaq yardımları paylanılıb.

  • SpaceTV
  • 14 Aprel 2020 16:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda ehtiyacı olan yüzlərlə ailələrə ərzaq yardımları paylanılır. İcra aparatı əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə üzvləri, ayrı-ayrı sahibkarlar, o cümlədən rayonun hüquq – mühafizə orqanları, digər vəzifəli şəxslər və xeyirxah vətəndaşların qoşulduğu kompaniya çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərində 200 ailəyə, ümumilikdə ehtiyac sahibi olan 700-dən çox insana yardım payları çatdırılıb. Bəzi ərzaq mağazalarında “Karantin dövründə İKİ ALDIĞINDAN BİRİNİ İANƏ ET” aksiyası da davam etdirilir. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək və digər ərzaqları əldə etməsinə yardımçı olub.
Rayonda 65 yaşdan yuxarı sosial xidmətə ehtiyacı olan şəxslərə könüllülər tərəfindən gündəlik xidmət göstərilir.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun