Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və yaralananlar var.

  • SpaceTV
  • 13 Aprel 2020 14:56

Ağsu – Kürdəmir – İmişli yolunun 31-ci kilometrliyində avto qəza törənib. Rayon sakini, İsmayılov Rahim Zöhrab oğlu idarə etdiyi “BMW” markalı avtomobillə Kürdəmir istiqamətində olub. Bu zaman başqa bir rayon sakini, 32 yaşlı Kərimov Rafət Şəfayət oğlu idarə etdiyi “VAZ 2107” markalı maşınla həmyerlisinin əksi istiqamətində hərəkətdə olub. Əks istiqamətdə hərəkətdə olan avtomobillər anidən idarəetməni itirərək toqquşub. Nəticədə “VAZ”ın sürücüsü – Rafət Kərimov aldığı ağır xəsarətlərdən elə hadisə yerindəcə keçinib. “BMW”nin sürücüsü Rahim İsmayılov isə zərbənin təsirindən maşında sıxılıb qalıb. Hadisə yerinə gələn FHN-nin xilasedici heyyəti onu dəmir parçaları arasından xilas edib. Avtomobillərdə olan sərnişinlər – 50 yaşlı Kərimov Mübariz Paşa oğlu və 29 yaşlı Rəsulov Hakim İlqar oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun