Kürdəmirdə ağır qəza: Bir ailənin altı üzvü xəsarət aldı

  • Space TV
  • 3 Mart 2021 16:40

Kürdəmir rayonunda avtomobil qəzası olub.

Spacetv.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük maşınının arxasındakı qoşquya çırpılıb. 

Hadisə nəticəsində bir ailənin üzvləri olan altı nəfər xəsarət alıb. 

Bunlar Bakı sakinləri – 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı, 36 yaşlı İbrahimova Təravət Yasin qızıdır.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun