Kürdəmirdə 5 yaşlı uşaq anası evdən qaçıb!

  • SpaceTV
  • 30 Mart 2020 14:21

Necə də xoşbəxt bir uşaqdır, deyilmi? Gülür, oynayır özü üçün. Bəli, xoşbəxtdir. Çünki məsumdur, günahsızdır, bilmir heç nəyi, bilmir ki, anası onu tərk eib gedib. Ana yoxluğu bənzəri olmayan bir dərddir. Hələ-hələ körpə bir uşaq üçün. Axı bu balaca uşaq hər su istədiyində, yemək istədiyində, yatanda, duranda anasını çağırır, anasını istəyir. İndi bəs anasız qalan bu körpə kimdən görəcək ana qayğısını. Günlərdir hamı onu axtarır – Ülkəri. 23 yaşlı, 6 ildir Elşad Həsənovla bir yuvanı paylaşan və izdivaclarından gözəl bir qız övladı olan Ülkəri.

Həsənova Ülkər İntiqam qızı 10 mart 1997-ci ildə Göyçayda anadan olub. 2014-cü ildə Elşadla bir-birlərini sevərək, ailə qurublar. 2016-cı ildə Həsənovlar ailəsi Kürdəmirin Atakişili kəndinə köçərək burada yaşamağa başlayıblar.  6 illik evlilik həyatında heç bir problemlərinin olmadığı və Ülkərin dindar, xeyirxah bir insan olduğu deyilir.

 Ülkərin evdən getmə səbəbi məlum deyil. Göyçayda yaşayan valideynləri də çaşqınlıq içərisində qalıblar. Martın 17-də gecə saatlarında ailəsi ilə birlikdə yaşadığı evdən naməlum şəkildə çıxıb və bir daha geri dönməyib. Ortaboylu, saçları qara, uzundur, hicablıdır. Gözlərinin rəngi qəhvəyidir. Görənlərdən 070 – 250 -04 – 73,   050 – 300 – 73 – 33,  050 – 418 – 13 – 64 nömrələri ilə əlaqəə saxlamaları xahiş edilir.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun