Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

  • SpaceTV
  • 30 İyun 2020 16:08

26 yaşlı sürücü, Masallı rayon sakini İbrahimzadə Elnur Əlihüseyn oğlu Kürdəmir-Zərdab yolunun rayonun Ərəbxana kəndindən keçən hissəsində idarə etdiyi “Mersedes” Vita markalı sərnişin vtomobili ilə qəza törədib. Nəticədə maşın yoldan çıxaraq kənardakı kanala düşüb. Hadisə zamanı sürücü – Elnur İbrahimzadə və sərnişinləri – Bakı sakini. 23 yaşlı Abbaszadə Nəzrin Elşən qızı və Kürdəmir sakini, 22 yaşlı İbrahimov Mehman Şaban oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili-tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Faktla bağlı araşsırma aparılır.

  VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun