Rayon polis şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib. Əvvəllər məhkum olunmuş 39 yaşlı rayon sakini Səlimov Alış Niyazi oğlu şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Şübhəlinin üzərində axtarış apararkən ayağında olan qara rəngli ayaqqabının alt hissəsində yerləşdiyi 1 büküm narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bundan başqa polis əməkdaşları istintaq tədbirlərinin davamı olaraq onun yaşadığı ünvanda axtarış aparıb. Axtarış zamanı yataq otağından 96 qram heroin, 5 qram metanfetamin, 1,5 qram tiryək və 1 ədəd elektron tərəzi götürülüb. İlkin dindirmə zamanı Alış Səlimov ondan aşkarlanan narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb və intintaq işləri davam etdirilir.
VAHİD FƏXRİ SPACE TV