Kürdəmirdə avtomobil hərəkətdə olarkən qısaqapanma nəticəsində alışıb.
SPACE TV xəbər verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb.
“Niva” markalı avtomobil kənd istiqamətində hərəkətdə olarkən yanmağa başlayıb.
Sürücü, kənd sakini 1973-cü il təvəllüdlü Kərimov Uğur Sarıbala oğlu dərhal yolun kənarına sürərək avtomobili tərk edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə idarəsinin 2 yanğınsöndürən maşını və 12 nəfər şəxsi heyəti cəlb olunub.
Yanğından sonra avtomobil tam yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.