Ölkə başçısının “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları da rayonda xüsusi ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımları paylayıblar. Rəhbərliyin təşkilatçılığı ilə təşkil olunan aksiyada şöbənin əməkdaşları rayon ərazisində, eləcə də kəndlərdə 65 yaşdan yuxarı sosial xidmətə ehtiyacı olan şəxslərə gündəlik xidmət göstərirlər.
Yaşlı, ahıl, xəstə, əlil insanlar evlərindəcə ziyarət edilib. Onlara evdə qalmaq və karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etmək tövsiyə olunub. Qeyd edək ki, bu kimi aksiyalar karatin rejimi qurtarana qədər davam etdirilməsi nəzərdə tutulur. Hazırda rayon polis şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Vahid Fəxri SPACE TV