Kür quruyur

  • SpaceTV
  • 31 Avqust 2019 14:27

Mənbəyini Türkiyənin Qızılgədik dağından götürən Kür çayı keçdiyi bütün bölgələrdə əsas həyat qaynaqlarından biridir. Amma necə deyərlər, Kür kürlük etməsə. Son zamanlar havaların kəskin isti keçməsi çayın aşağı axınlarında su səviyyəsinin azalmasına gətirib çıxarıb. Təkcə son 2 ayda çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi təxminən 3 metr aşağı enib. Bu da Kürətrafı bəzi yaşayış məntəqələrində sakinlərin quraşdırdıqları elektrik nasoslarının işinə öz mənfi təsirini göstərməklə bərabər bir sıra çətinliklər də yaradıb. 

Kürdə suyun azalması kənd təsərrüfatı sahələrinin suvarılmasına da öz mənfi təsirini göstərib.

Qeyd edək ki, çayda suyun səviyyəsinin bu qədər aşağı düşməsi həmçinin flora ilə bərabər faunaya da ciddi təsir göstərir. Ən vacib məqamlardan biri isə Kürün delta hissəsində balıqların kürüləmək üçün dənizdən çaya girə bilməməsidir. Mütəxəssislər hesan edirlər ki, Kür çayında suyun azalmaları belə davam edərsə gələcəkdə vəziyyət daha da çətinləşə bilər.

Paylaş

 Xəbəriniz olsun