Belə ki, sahilə yaxın münbit torpaqları yuyaraq sıradan cıxarır .Təkcə Ağstafa rayonunun Kür ətrafı kəndlərindən 4-ü dəli kürün təsirinə məruz qalır. Sağa doğru meyllənən çay sağ sahili boyunca münbit torpaqları yumaqda davam edir. Hətta hündür ərazidə sakinlərə məxsus torpaqlar suvarılarkən aşınma daha da, sürətlə gedir . Bu səbəbdəndə aşınaraq sıradan çıxan ərazilər artıq sakinlərin yox kürün ərazisi sayılır . Hazırda sıradan çıxan torpaqların çoxu Kol Xalfalı kəndinin payına düşür .
Qeyd edək ki, Kür çayının sol sahili Qarayazı dövlət qoruğunun ərazisinə düşdüyündən həmin ərazilərdə olan iri gövdəli ağaclara təsir göstərə bilmir. Amma sağ sahildə olan kiçik meşə örtüyünü və münbit torpaqlar öz mənfi təsirini göstərməkdə davam edir . Bu üsulla Əkin torpaqları ilə yanaşı örüş sahələri də azalır . Kür ətrafinda olan yaşayış məntəqəsinin sakinləri aşınma ərazisinin böyük olduğunu deyirlər .
Qeyd edək ki, bu kimi hal hələ 2012-ci ldə Qazax rayonunun Yuxarı salahlı kəndinin ərazisində də baş vermişdi. Aidiyyəti qurumlar Kür çayının sağa doğru məcrasını genişləndirməsinin qarşısı vaxtında almağa müvəffəq olmuşdu. Həmin il həm yaşayış məntəqəsinin həm də əkinə yararlı olan torpaqlara dəyəcək zərərin qarşısı alındı .
Vasif Vaqifoğlu SPACE TV