Kür daşqınlarının qarşısını almaq məqsəd ilə sərt döngələrdə sahil bərkitmə işlərinə başlanılıb.

  • SpaceTV
  • 9 May 2020 16:15

Hər il Kür daşqınları zamanı daha çox əziyyət çəkən Salyanla yanaşı Neftçala rayonunun əhalisi olub. Əvvəlki daşqınlardan gözləri qorxmuş yerli sakinlər indi isə daha bir problemlə üzləşiblər. Belə ki, son vaxtlar Kürün Neftçala rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsinin tez-tez qalxıb enməsi nəticəsində çayın sərt döngə hissələrində qayalıqlar uçur, əhatə dairəsi genişləndikcə mühafizə bəndləri üçün təhlükə yaradırdı. Bu da yerli sakinlərin narahatlığına səbəb olurdu. Mütəxəssislər tərəfindən həmin ərazilərə monitorinq keçirilib. Vəziyyətin ciddiliyi nəzərə alınaraq Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən həmin ərazilərə müxtəlif təyinatlı texnikalar cəlb edilib.

Bir neçə gündür ki, rayonun Qaraqaşlı kənd ərazisindən keçən çayın 500 poqonometr sərt döngəsində daş betonlarla sahilbərkitmə işləri aparılır.

Qeyd edək ki, Qaraqaşlıda işlər tamamlandıqdan sonra rayonun Tatarməhlə kəndi ərazisindən keçən Kürün sərt döngələrində daş betonla sahilbərkitmə işləri aparılacaq.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun