Kür çayının Kürdəmir rayonundan keçən hissəsində boğulma halı baş verib

  • SpaceTV
  • 9 İyul 2020 14:22

15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb. Hadisə rayonun Mollakənd kəndində qeydə alınıb. Kənd sakini, 15 yaşlı Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.

Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Hazırda meyitin tapılması istiqamətində işlər davam etdirilir.

                                                        VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun