Kür çayının halı

  • SpaceTV
  • 9 Dekabr 2019 13:13

Son vaxtlar havaların yağışılı-yağmurlu keçməsinə baxmayaraq, Kürdə suyun səviyyəsi artmaq əvəzinə, əksinə günbəgün aşağı düşür. Bu daha çox Kürün aşağı axınında-Salyan rayonunun ərazisindən keçən hissəsində özünü büruzə verir. Doğrudur, bu il havaların quraqlıq keçməsi, yağışların olmaması çaya öz təsirini göstərib. Amma mütəxəssislər çayda suyun azalmasına digər amillərin də ciddi təsir göstərdiyini deyirlər.

Kürdə suyun azalması artıq bir neçə ildir ki, müşahidə olunur. Lakin builki kimi Kürün vəziyyətini görən olmayıb. Bu da istər-istəməz Kür sahili boyunca yerləşən yaşayış məntəqələrinin əhalisini narahat edir. Mütəxəssislərin qənaətinə görə, çayda suyun səviyyəsi minimum həddən aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun