Kür çayının aşağı axınında suyun səviyyəsi azaldıqca vəziyyət gərgin olaraq qalır.

  • Space TV
  • 30 İyun 2020 15:06

Kürün Neftçala və Salyan rayonları ərazisindən keçən hissəsində vəziyyət dəyişməz olaraq qalır. Xüsusi ilə Neftçala rayonunda suyun səviyyəsi günbəgün azalmağa doğru gedir. Rayonda dəniz suyu Kürə qarşdığından əhalini içməli suya olan təlabatını ödəmək məqsədi ilə 20-yə yaxın su maşınları cəlb edilib. Bununla yanaşı şəhərdə yaşayış binalarının və bəzi fərdi yaşaış evlərinin həyətlərində artezian quyularının qazıntısına başlanılıb. Salyan rayonu ərazisində isə nisbətən çayda suyun səviyyəsi qalxması müşahidə olunur.  Bu isə bəzi Aran rayonlarında Kürboyu quraşdırılmış nasos stansiyalarının fəaliyyətini müvəqqəti dayandırılması hesabına mümkün olub. Çayda suyun səviyyəsi azalmağa doğru davam edir. Kür çayında süyün səviyyəsinin kəskin azlamaya doğru getməsi artıq hər gün müşahidə olunmaqdadır.Neftçala Hirdrometralogiya stansiyasndan verilən məlumata görə təkcə bu gün çayn səviyyəsində 1 sm azalma salyan rayonunda isə bunun əksi müşahidə olunub.

Mütəxəssislər hesab ediir ki, bu çıxış yolu müvəqqəti  xarakter daşıyır. Yalnız Mingəçevir su anbarlndan tədricən suyun həcmini artırmaqla vəziyyətdən çıxmaq mümkündür.

Təyyyar Nəsirli SPAC TV

Paylaş

 Xəbəriniz olsun