Kür çayında suyun səviyyəsinin sürətlə azalması ciddi narahatlq doğurur.

  • SpaceTV
  • 27 May 2020 15:21

Kür çayının aşağı axınında, xüsusi ilə Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət heç də ürəkaçan deyil. Əvvəllər cöşub-daşaraq dəlilik edən Kürdən indi kürlük əlaməti qalmayıb. Demək olar hər gün çayın suyunda azalmalar müşahidə olunur. Təkcə son bir neçə gündə Kürdə suyun səviyyəsi xeyli aşağı düşüb. Mütəxəssislər bunu yağıntıların az düşməsi ilə yanaşı digər amillərin də təsir etdiyini bildirir.

Mütəxəssislərin fikrincə, son 30-40 ildə Kürdə belə bir vəziyyət müşahidə olunmayıb. Çayda suyun günbəgün azalması və onun indiki durumu yerli sakinləri də artıq narahat etməyə başlayıb.

Hazırda kənd təsərrüfatının işlərin qızğın çağıdır. Əkin və həyətyanı sahələri suvarmaq üçün suya olan təlabat birə-beş artıb.

Mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə qabaqlayıcı tədbirlər görülməzsə vəziyyət kritik həddə çata bilər.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun