Kür çayında suyun səviyyəsi 5-7 metr enib

  • SpaceTV
  • 1 İyul 2020 16:38

Kür çayında  suyun səviyyəsi hər gün santimetrlərlə geriləməkdə davam edir.Hazırda əsasən Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində böyük fəsadlar yaşanmaqdadır. Ekspertlər isə həyəcan təbili çalır. Bildirirlər ki,  böhran vəziyyətində aidiyyatı qurumlar bütün güclərini səfərbər etməklə Mingəçevir su anbarından suyun buraxılışını artırmaqla su qıtlığı yaşanan bölgələrin problemini qismən də olsa aradan qaldırmaq   mümkündür. Ekspertlər də bu qənaətdədir.

Qafqazın ən böyük, gur sulu çaylarından olan Kür və Araz hazırda qurumaq təhlükəsi ilə üz-üzədir. Kürdə suyun səviyyəsinin  kəskin enməsi kürətrafı rayonlarda həm  içməli su, həm də suvarma suyu ilə bağlı problem yaradıb.  Hazırda əsasən Neftçala və Salyan rayonlarında fermerlər əkin sahələrinin suvarılmasında böyük çətinliklərlə qarşılaşırlar. Əgər yaxın vaxtlarda sözügedən rayonlarda su problemi aradan qaldırılmazsa bu rayonların kənd təssərrüfatına ciddi zərərin dəyəcəyi qaçılmaz olacaq.

Xəzər Univeristetinin dosenti, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov  Azərbaycanda  son bir neçə ildə ekoloji quraqlığın müşahidə olunduğunu deyir.

 Ölkənin 70- faizini  su ilə təmin edən Kür və Araz çaylarında suyun azalmasını  əsasən təbii faktorlar –  qlobal istiləşmə və iqlim dəyişkənliyi ilə əlaqələndirən  ekspertə görə  kürətrafı rayonlarda əkin sahələrinin  çoxalması və bu çayların suyundan  düzgün qaydada istifadə edilməməsi də az rol oynamır.

Ekspert böhran vəziyyətində Kürün suyunun idarə olunması, əhalinin suya təlabatının maksimum səviyyədə təmin  edilməsinə nail olmaq üçün kürətrafı bölgələrdə daha müasir  suvarma metodları  və infastrukturun qurulmasını təklif edir.

Bəs hazırda problemin aradan qaldırlması istiqamətində ETSN tərəfindən hansı addımlar atılır? Nazirliyin  Milli  Hidrometeorologiya xidmətinin Elmi Araşdırmalar  mərkəzinin  rəisi Rafiq Verdiyev deyir ki, son illər müşahidə olunan iqlim dəyişikliyini nəzərə alsaq kürdə suyun səviyyəsinin aşağı düşməsi gözləniləndir

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun